AZ

Meymunlar da keçmiş səhvlərindən dərs çıxara bilir

Tədqiqatçılar tərəfindən aparılan təcrübələr zamanı bəzi meymun növlərinin keçmişdə verdikləri səhv qərarları qiymətləndirdiyi və bu təcrübələrdən istifadə edərək gələcəkdə daha düzgün seçimlər etdiyi müşahidə olunub.

Ölkə.az xəbər verir ki, bu barədə araşdırma "Nature Neuroscience" jurnalında dərc olunub.

Araşdırma nəticələri göstərib ki, bu proses zamanı meymunların beynində insanlarda “peşmanlıq” hissi ilə əlaqələndirilən beyin bölgələrinə bənzər aktivlik yaranır. 

Lakin alimlər bu davranışı "emosional peşmanlıq" kimi yox, “koqnitiv fərqindəlik (dərketmə) və qərar analizi" kimi izah edirlər. Yəni meymunlar "Kaş ki, bunu etməsəydim" deyəcək qədər ağıllıdırlar.

Həmidə İbrahimova

Seçilən
120
2
olke.az

3Mənbələr