AZ

İsveçrə Maduronun və yaxınlarının aktivlərini dondurdu

İsveçrə Maduronun və yaxınlarının aktivlərini dondurdu

İsveçrə hökuməti Venesuela Prezidenti Nikolas Maduronun və ona yaxın şəxslərə məxsus bütün aktivləri dondurub. Bu barədə 5 yanvar tarixində Bloomberg agentliyi məlumat yayıb.

«Qərarın məqsədi İsveçrədən potensial olaraq qanunsuz yolla əldə edilmiş aktivlərin çıxarılmasının qarşısını almaqdır», – bəyanatında deyilir. Bildirilir ki, aktivlərin dondurulması dərhal qüvvəyə minib və əlavə bildirişə qədər dörd il müddətində qüvvədə olacaq.

İsveçrənin Xarici İşlər Nazirliyi Maduraya bağlı nə qədər aktivin ölkədə saxlanıldığını açıqlamayıb.

İsveçrə hökuməti qeyd edib ki, aktivlərin dondurulması Maduronun hakimiyyətini itirməsi fonunda həyata keçirilir və bu, «Venesuelanın gələcəkdə qanunsuz əldə edilmiş aktivlərlə bağlı hüquqi yardım prosedurlarına başlaya bilməsi» ehtimalını yaradır.

Seçilən
44
afn.az

1Mənbələr