Türkiyədə məşhur aktyorlar narkotik və fahişəliyə görə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Qızılcıq şərbəti” və “Möhtəşəm yüz il”in ulduzları ilə yanaşı “Fənərbaxça”nın prezidenti də ittiham olunur.
Məlumata görə, Türkiyənin Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “Qızılcıq şərbəti” (“Kızılcık Şerbeti”) serialının aktyoru Doğukan Güngör və “Möhtəşəm yüz il” (“Muhteşem Yüzyıl”) serialının aktrisası Ezgi Eyüboğlu saxlanılıb.
Ümumilikdə prokurorluq 26 nəfərin saxlanılmasını tələb edib. Bu siyahıda xeyli sayda tanınmış simanın, o cümlədən “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saranın da olduğu bildirilir.
Saxlanılan şəxslərin hamısı narkotik vasitələrdən istifadə etmək və yayılmasına kömək etmək, həmçinin fahişəliyə təhrik və vasitəçilik etməkdə ittiham olunurlar.
Qeyd edək ki, Doğukan Güngör izləyicilər arasında “Qızılcıq şərbəti”ndəki Fatih Ünal obrazı ilə, Ezgi Eyüboğlu isə “Möhtəşəm yüz il”də canlandırdığı Aybigə Xatun rolu ilə məşhurdur.

Xuraman Etibarlı
İnterpress.az