Ruandanın şərqində ildırım düşməsi nəticəsində 9 nəfərin öldüyü, 6 nəfərin yaralandığı deyilir.
“Yeni Sabah” xəbər verir ki, hadisə Ruandanın paytaxtı Kiqalidən təxminən 100 kilometr aralıda, Ngoma bölgəsində baş verib.
Ölənlər və yaralananlar yağışdan qorunmaq üçün bir araya gəlmiş tarla işçiləri olub.
Qeyd edək ki, bir müddət əvvəl Ruanda polisi 2025-ci il ərzində ildırım düşməsi və mədən qəzaları daxil olmaqla təbii fəlakətlər nəticəsində ölkədə 130-dan çox ölüm hadisəsinin qeydə alındığını bildirmişdi.
Telegram kanalımız