Bakı. Trend:
Böyük Britaniyada güclü qarın yağması və buzlaşmanın qeydəalınması səbəbindən yüzlərlə məktəb bağlanıb, hava və dəmir yolunəqliyyatında ciddi problemlər yaranıb.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlifbölgələrində məktəblər fəaliyyətini dayandırıb, minlərlə şagirdMilad tətilindən sonra dərsə gələ bilməyib.
Qarlı hava şəraiti hava nəqliyyatına da təsir göstərib,“Liverpool John Lennon Airport”un uçuş-enmə zolağı müvəqqətibağlanıb, “Aberdin” və “İnverness” hava limanlarında bir sırareyslər ləğv edilib. Dəmir yolu xətlərində də gecikmələr vəqatarların hərəkətinin dayandırılması halları qeydə alınıb.
Şotlandiyanın şimal bölgələrində qarın daha intensiv yağması iləəlaqədar narıncı xəbərdarlıq qüvvədədir. İngiltərənin, Uelsin vəŞimali İrlandiyanın bəzi əraziləri üçün isə qar və buzlaşma iləəlaqədar sarı xəbərdarlıq elan olunub.