AZ

Mədəniyyət naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 5 yanvar, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də, saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25 ) Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar yanvarın 17-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Seçilən
109
azertag.az

1Mənbələr