AZ

Paris məhkəməsi Makrona görə 10 nəfəri təqsirli bildi

Paris məhkəməsi Makrona görə 10 nəfəri təqsirli bildi

Paris məhkəməsi Fransanın birinci ledisi Bricit Makron haqqında internetdə yayılan yalan xəbərlərə görə 10 nəfəri təqsirli bilib. Bu barədə 5 yanvar tarixində France Info radio stansiyası məlumat yayıb.

Belə ki, Aurelien Poarson-Atlant sosial şəbəkə X-də paylaşılan bir sıra postlara görə şərti icra ilə səkkiz aylıq həbs cəzasına məhkum edilib. Delfin J. YouTube-da yayımlanan və Makron haqqında viral olan dörd saatlıq videonu hazırladığı üçün şərti altı aylıq həbs və altı aylıq onlayn hesablarının bloklanması cəzasına məhkum edilib.

Bununla yanaşı, 2024-cü ildə Bricit Makronun bədəninə tüklü sinə montajı etməsi ilə tanınan Bertrand Şoller də şərti altı aylıq həbs cəzasına məhkum edilib.

Digər yeddi təqsirləndirilmiş şəxs isə daha yüngül cəzalar alıblar.

Seçilən
49
afn.az

1Mənbələr