AZ

"Venesuelaya hərbi müdaxilə yeni münasibətlər dönəminin başlanması siqnalıdır" -Əziz Əlibəyli

"ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi beynəlxalq hüququn dönəminin başa çatmasının və yeni münasibətlər dönəminin başlanması siqnalıdır".

Bunu Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən danışarkən bildirdi.

"Çünki mütləq bir münasibət düzəni olmalıdır. Düzən gücə əsaslanır. Bu, hər zaman belə olub. Amma mütləq belə dağıdıcı gücə əsaslanmalıdırsa, bu olmalıdır. Amma bir başlanğıc dönəmini yaşayırıq. O zaman dövlətlərin rəhbərləri bu prizma ilə öz hakimiyyətlərində qala bilməzlər. Kimin kimdən xoşu gəlmirsə, o hakimiyyətləri dəyişmək naminə hər formada ölkələrin daxilinə müdaxilə edə biləcək gücdə olacaqsa, prosesi dağıdıcı istiqamətlərə doğru daşıyacaqsa, belə görünür ki, dünyanın gələcəyi elə də davam edəcək", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
38
1
redaktor.az

2Mənbələr