AZ

ictimai nəqliyyatda əsas müzakirə mövzularından biri qiymətlərin... AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son vaxtlar ictimai nəqliyyatda, xüsusilə də avtobusların fəaliyyətindəki dəyişikliklərin əsas səbəblərindən biri yanacağın qiymətinin artması ilə bağlıdır. Yanacaq qiymətindəki bu artım, avtobusların texniki vəziyyətinin yaxşılaşdırılması və ümumilikdə ictimai nəqliyyat sisteminin inkişafına yönəlik tədbirlərin maliyyələşdirilməsinə xidmət edir. Bu qərarlar artıq qüvvəyə minib və işlərə start verildiyi üçün öz bəhrəsini göstərməkdədir".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O, bildirib ki, hazırda Azərbaycanda, xüsusilə də Bakıda, ictimai nəqliyyat sahəsində əsas müzakirə mövzularından biri qiymətlərin formalaşdırılması və onların balanslaşdırılmasıdır:"Əgər bu gün ictimai nəqliyyatda gəlirlilik prinsipi əsas götürülürsə, demək ki, artan sərnişin axını fonunda bu xidmət sahəsi yüksək rentabelliyə malikdir. Bu rentabellik isə avtobusların texniki göstəricilərinin yaxşılaşdırılmasına, xidmət səviyyəsinin artırılmasına və ümumilikdə sistemin daha çevik idarə olunmasına xidmət etməlidir. Əks halda bu uğurlar davamlı olmayacaq. Ona görə də mövcud proseslər zamanla davam etdirilməli və inkişaf etdirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
demokrat.az

1Mənbələr