Məşhur italyan məşqçisi Fabio Kapello İtaliya futbolunun vəziyyəti barədə danışıb.
İdman.Biz bildirir ki, İtaliya dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off oyunlarında iştirak etməlidir.
“Milan”ın start heyətində bir italyan var; “Yuventus”un cəmi iki; “İnter”in dörd-beş; “Roma”nın isə iki-üç. Əsas məsələ budur. Gələcəyə baxanda, seçimlərimiz çox deyil. Məşq sistemi uğursuz olub; taktika çoxdur, futbol isə az. Bu, İtaliyanın problemidir. 12 yaşında uşaqlar artıq taktika məşq edirlər - indi taktikanın nə mənası var? Topu ötürmək, ötürmək, ötürmək, idarə etmək və futbolun əlifbasını bilmək lazımdır”, - Kapello deyib.