AZ

ABŞ vitse-prezidenti Vensin evinə hücum olub

BAKI, 5 yanvar. TELEQRAF

Naməlum şəxs ABŞ vitse-prezidenti Cey Di Vensin Ohayodakı evinə hücum edib.

Teleqraf xəbər verir ki, hücum edən şəxs pəncərələri sındırmağı bacarıb, amma evə daxil ola bilməyib.

Hücum zamanı ailə üzvləri və vitse-prezidentin özü başqa yerdə olub. Buna görə də xəsarət alan olmayıb.

Polis artıq hücum edən şəxsi saxlayıb.

Seçilən
102
teleqraf.com

1Mənbələr