AZ

Ukrayna hərbçiləri Rus ordusunun hücum cəhdinin qarşısını aldı

Kupyansk istiqamətində Ukrayna Desant-Hücum Qoşunlarının tərkibində fəaliyyət göstərən 77-ci ayrıca aeromobil Naddnepryan briqadası Rusiya ordusunun mövqelərə hücum cəhdini dəf edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə briqada sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, Rusiya bölmələri Novoplatonovkanın şimalında — Yeni Kruglyakovka və Zaqrızovo istiqamətində irəliləməyə cəhd göstərib. Hücum zamanı “Soyuz” qaz kəmərindən istifadə edildiyi, əməliyyata təxminən 50 hərbçinin cəlb olunduğu bildirilir.

Briqadanın açıqlamasında qeyd olunur ki, Ukrayna desantçıları Rusiya qüvvələrinin niyyətini vaxtında müəyyən edib və qonşu bölmələrlə koordinasiyalı şəkildə hücumu dayandırıblar.

“Nəticədə Rusiya ordusu qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi, məsuliyyət zonasındakı vəziyyət isə sabit olaraq qalır”, — deyə məlumatda vurğulanır.

Həmçinin bildirilir ki, 77-ci ayrıca aeromobil briqadanın məsuliyyət zonasında Rusiya qüvvələri əsasən kiçik qruplarla hərəkət edir və mövqelər arasında sızma cəhdlərini davam etdirir.

Seçilən
67
nocomment.az

1Mənbələr