AZ

Kanselunun “Əl-Hilal”ı tərk edəcəyi təsdiqlənib

Joau Kanselunun transferi ilə bağlı qarşıdakı saatların həlledici olacağı bildirilir və futbolçunun “Əl-Hilal”dan 100 faiz ayrılacağı vurğulanır.

İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

“İnter” klubu “Əl-Hilal”a məlumat verib ki, Stefan de Vreyi və ya Françesko Açerbinini yalnız Kanselunun Milan təmsilçisinə icarə əsasında keçəcəyi halda buraxmağa hazırdır.

Bu şərt tərəflər arasında danışıqların əsas məqamlarından biri kimi qiymətləndirilir. Bununla yanaşı, Kanselunun özünün isə “Barselona”dan təklif gözlədiyi bildirilir, baxmayaraq ki, "Barselona" müdafiəçinin transferi ilə bağlı yekun qərar verməyib.

İdman.Biz
Məqalədə:
Seçilən
48
1
idman.biz

2Mənbələr