AZ

ABŞ-da vitse-prezidentin Ohayodakı iqamətgahına silahlı hücum edildi

ABŞ-ın Ohayo ştatında vitse-prezident Ceyms Devid Vensin (JD Vance) iqamətgahına naməlum şəxs tərəfindən atəş açılıb.

KONKERT.az xəbər verir ki, Bu barədə yerli KİV-lər ştat polisi mənbələrinə istinadən məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hadisə zamanı Vens və ailə üzvləri evdə olmayıblar. Bildirilir ki, onlar həmin vaxt Vaşinqtonda olublar və hücum nəticəsində xəsarət alan yoxdur.

Polis əməkdaşları hadisədən sonra bir şübhəlini saxlayıblar. Saxlanılan şəxsin yerli sakin olduğu, onun üzərindən isə yarımavtomatik tüfəngin götürüldüyü bildirilir.

Hazırda hücumun motivləri dəqiq müəyyən edilməyib. İstintaq orqanları hadisəni siyasi etiraz, eləcə də psixi pozuntu ehtimalları daxil olmaqla bir neçə versiya üzrə araşdırır.

Hadisə ABŞ-da yüksək vəzifəli şəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Polis və federal qurumlar ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
111
konkret.az

1Mənbələr