AZ

Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti telefonla danışdı

BAKI, 5 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, liderlər Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Görüş zamanı Prezident Ərdoğan Türkiyənin Yəmən və Somalinin ərazi bütövlüyünü, birliyini və həmrəyliyinin dəstəklədiyini, sülh və sabitliyin təmin olunmasına yönələn səylərə töhfə verməyə hazır olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan Qəzzadakı humanitar faciənin sona çatdırılması üçün çalışdıqlarını, Qəzzanın yenidən bərpası üçün bir an əvvəl addımlar atılmasının vacib olduğunu vurğulayıb.

Seçilən
106
teleqraf.com

1Mənbələr