AZ

“Araz-Naxçıvan” ilin ilk məşqinə çıxdı

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan” məşqlərini bərpa edib.

QOL.az xəbər verir ki, klub bu gün 2026-cı ildə ilk məşqinə çıxıb. Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə keçirilən hazırlıq prosesində 12 futbolçu iştirak edib.

Qeyd edək ki, legionerlərdən Bruno Franko məşqdə iştirak edib, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.

Xatırladaq ki, bu, həmçinin klubun komandaya yeni baş məşqçi təyin olunan Andrey Demçenko ilə ilk məşqidir.

 

Seçilən
114
6
teleqraf.com

7Mənbələr