
ABŞ-nin Ohio ştatında vitse-prezident Cey Di Vensin şəxsi evinə hücum edilib, nəticədə evin pəncərələri zədələnib.
Bu barədə 5 yanvar tarixində CNN telekanalı məlumat yayıb.
Yerli KİV-lər tərəfindən yayımlanan fotolarda evin pəncərələrinin zədələndiyi görünür. Materialda qeyd olunub ki, adının çəkilməsini istəməyən gizli xidmətin əməkdaşı bildirib ki, şəxsiyyəti müəyyən edilməmiş yetkin bir kişi Vensin şəxsi evinin fasadındakı pəncərələrin sındırılması da daxil olmaqla, əmlaka ziyan vurmaq ittihamı ilə saxlanılıb.
Həmçinin məlumatda vurğulanır ki, insident zamanı Vens və onun ailəsi evdə olmayıb.