AZ

"Bayern"in ulduzu musiqiçi kimi məharətini göstərdi: İlk klipini yayımladı

“Bayern”in ulduzu Luis Dias futbol meydançası ilə kifayətlənmədiyini sübut edib.

Publika.az xəbər verir ki, Bundesliqada qış fasiləsi zamanı kolumbiyalı vinger azarkeşlər üçün gözlənilməz addım ataraq “La Promesa” (“Vəd”) adlı musiqi kompozisiyasını təqdim edib.

Almaniyadakı parlaq startdan sonra (çempionatda 14 matçda 8 qol və 6 məhsuldar ötürmə) Dias futboldan kənarda yaradıcılıq addımı atmağa qərar verib. Musiqidəki debütü üçün o, afrokolumbiya musiqi və rəqs janrı olan çampeta üslubunda çıxış edən tanınmış ifaçılar Xuanda İriarte və Nelsen ilə əməkdaşlıq edib.

Futbolçu bildirib ki, bu layihə onun üçün marketinq gedişi deyil, səmimi maraq və daxili ehtiyacdır:

“Musiqi hobbilərimdən biridir və hisslərimi ürəkdən ifadə etmək yoludur. Bunu böyük sevgi və sənətə hörmətlə edirəm. Bu layihə ehtirasdan və şəxsi bir şeyi bölüşmək istəyindən yarandı”.

Seçilən
25
publika.az

1Mənbələr