Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək “Zirə”nin rəqibləri bilinib.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Rəşad Sadıqovun komandası Antalyada 3 matça çıxacaq. Belə ki, klub yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.