Çin dövlət başçısı təktərəfli və zorakılıq xarakterli hərəkətlərin qlobal nizamı ciddi şəkildə zəiflətiyini bildirərək böyük gücləri beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə hörmət göstərməyə çağırıb.
Yerli mediaya görə, Çin Dövlət Başçısı “təktərəfli və zorakılıq xarakterli hərəkətləri” tənqid edərək “böyük ölkələri” beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Si Cinpin verdiyi açıqlamada deyib:
“Bütün ölkələr digər xalqların özləri tərəfindən seçilmiş inkişaf yollarına hörmət etməli, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməlidir. Böyük ölkələr bu məsələdə nümunə göstərməlidir”.
“Xinhua News” xəbər agentliyi bildirib ki, Si Cinpin bu fikirləri paytaxt Pekində İrlandiyanın Baş naziri Maykl Martin ilə keçirdiyi görüş zamanı səsləndirib.
Çin liderinin bu açıqlamaları ABŞ-ın yanvarın 3-də sübh tezdən Venesuelaya təşkil etdiyi basqın zamanı ölkənin dövlət başçısı və onun həyat yoldaşının saxlanılaraq sonradan Nyu-Yorka aparılmasından sonra verilib.
Si Cinpin qeyd edib:
“Dəyişiklik və xaosla əhatə olunmuş bir dünyada təktərəfli və zorakılıq xarakterli hərəkətlər beynəlxalq nizamı ciddi şəkildə sarsıdır”.
Karakas cütlüyün azad edilməsini tələb edir
ABŞ yanvarın 3-də Karakasa qarşı “genişmiqyaslı” əməliyyat başladaraq Nyu-Yorkda məhkəmə qarşısında cinayət ittihamları ilə üzləşən prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi saxlayıb.
“New York Times” Venesuela rəsmilərinə istinadən verdiyi xəbərdə ABŞ basqını zamanı təxminən 80 nəfərin öldüyünü bildirib.
Maduro və Flores hazırda Bruklində yerləşən həbsxanada saxlayırlar. Cütlük narkotik qaçaqmalçılığı ilə əlaqədə olmaqda və terror təşkilatı kimi tanınan dəstələrlə əməkdaşlıq etməkdə ittiham olunur və bu iddialarla bağlı ABŞ federal cinayət işləri iləqarşı-qarşıyadır.
Maduro ittihamları rədd edərkən, Venesuelanın paytaxtı Karakasdakı hakimiyyət orqanları cütlüyün dərhal azad edilməsini tələb edirlər.