AZ

Sarri "Milan"ın futbolçusunun transferini xahiş etdi

İtaliya A Seriyasında iddiasını ortaya qoymaq istəyən "Latsio" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün fəaliyyətə başlayıb.

Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Sarri klub rəhbərliyindən hazırda "Milan"ın şərəfini qoruyan Ruben Loftus-Çikin transfer olunmasını xahiş edib.

"365scores"un yaydığı xəbərə görə, təcrübəli mütəxəssis fiziki göstəriciləri və orta sahədəki dinamikası ilə seçilən ingilis futbolçunun "biankoçelesti"nin oyununa ciddi fayda verəcəyinə inanır.

Sarrinin Loftus-Çiklə "Çelsi" dövründən tanış olması və onun potensialına bələd olması bu keçidin reallaşma ehtimalını artırır. "Milan" tərəfi isə cəlbedici bir təklif gələcəyi təqdirdə danışıqlara hazır olduğunu bildirib.

Kamil Xudiyev

Seçilən
20
fanat.az

1Mənbələr