Bakı. Trend:
Cənubi Koreya alimləri 6 milyondan çox insanın məlumatlarınıtəhlil edərək artıq çəkili gənclərin miqrenlə daha tez-tezüzləşdiyi qənaətinə gəliblər.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, burada həlledici amilin ümumi bədən kütlə indeksi(BKİ) deyil, bel çevrəsinin ölçüsü olduğu məlum olub. Yəni,piylənmədən əziyyət çəkən, qarın nahiyyəsində artıq piy qatı olanşəxslər daha çox miqrenə tutulur.
Araşdırmada 20–39 yaş arası, başlanğıcda miqren diaqnozu olmayan6,1 milyon nəfər orta hesabla 7 il izlənilib. Nəticələr göstəribki, çəki artdıqca miqren riski yüksəlsə də, bu əlaqə bel çevrəsinəzərə alındıqda zəifləyir. Əksinə, geniş bel çevrəsi BKİ, həyattərzi və metabolik göstəricilərdən asılı olmayaraq miqrenin güclüproqnozlaşdırıcısı olaraq qalır.
Alimlər bildirir ki, qarın nahiyəsində toplanan visseral yağiltihabyaradıcı maddələr ifraz edir və bu, miqren tutmalarınınyaranma həddini aşağı sala bilər. Əlaqə xüsusilə 30 yaşdan aşağışəxslərdə, siqaret çəkməyənlərdə və alkoqoldan sui-istifadəedənlərdə daha qabarıq olub. Tədqiqatçılar alkoqolun damarlarıgenişləndirən təsirinin bu riski artıra biləcəyini qeydedirlər.