AZ

“Hoffenhaym” Dortmund “Borussiya”sının hücumçusunu icarəyə götürüb

“Hoffenhaym” klubu Bundesliqanın digər təmsilçisi “Borussiya”nın (Dortmund) hücumçusu Koul Kempbelli icarəyə götürüb.

Apasport.az xəbər verir ki, bu barədə “Hoffenhaym”ın mətbuat xidməti məlumat yayıb.

19 yaşlı amerikalı futbolçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonuna qədərdir.

“Transfermarkt” portalı bu keçidin “Hoffenhaym”a 1,5 milyon avroya başa gəldiyi qənaətindədir.

Kempbell “Borussiya”nın gənclərdən ibarət komandasında 35 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə edib. O, həmçinin, əsas komandada 7 oyuna çıxıb.

Azərbaycan klubunun sabiq üzvü Gürcüstan millisini çalışdıracaq

Ruben Amorim istefaya göndərilib

“Vest Hem”in hücumçusu “Sportinq”ə keçib

Türkiyə Superkuboku: "Qalatasaray" yarımfinalda "Trabzonspor"la qarşılaşacaq - YENİLƏNİR

Dias Mərakeş millisinin tarixinə düşüb

Seçilən
23
1
apasport.az

2Mənbələr