İsveçrə Federal Şurası Venesuela prezidenti Nikolas Maduronun və onunla əlaqəli şəxslərin aktivlərinin dondurulması barədə göstəriş verib.
Moderator.az xəbər verir ki, Nazirlər Kabinetinin bəyanatında belə deyilir.
Qeyd edək ki, 2026-cı il yanvarın 3-də ABŞ Venesuelaya hərbi zərbə endirib, prezident Nikolas Maduronu və həyat yoldaşını əsir götürüb. ABŞ ölkə liderini narkokartellərin yaradılması ilə bağlı cinayətlərə görə mühakimə etməyi planlaşdırır. Hazırda vitse-prezident Delsi Rodriges Venesuela prezidentinin səlahiyyətlərini icra edir.