İranda etiraz aksiyalarının genişlənəcəyi halda ali lider Əli Xameneinin ölkəni tərk edə biləcəyi iddia olunur.
Milli.Az-ın məlumatına görə, Britaniyanın "The Times" qəzeti kəşfiyyat mənbələrinə istinadən yazıb ki, 86 yaşlı Xamenei təhlükəsizlik qüvvələrinin etirazları nəzarətdə saxlaya bilmədiyini görərsə, yaxın çevrəsi ilə birlikdə ölkədən çıxmağı planlaşdırır.
Məlumata əsasən, bu çevrəyə onun 20 köməkçisi və ailə üzvləri daxildir. İsrail kəşfiyyatının nümayəndəsi Beni Sabtinin fikrincə, Xameneinin mümkün ünvanı Moskva ola bilər. Qeyd edək ki, İranda son günlər iqtisadi böhran səbəbindən kütləvi etirazlar davam edir.
Asya
Milli.Az