2025-ci ildə Azərbaycan Türkiyədən 135,599 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
Türkiyə İxracatçılar Məclisi xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,9 % azdır.
Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 1 milyard 550,932 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,1 % çox), İtaliya 1 milyard 020,631 milyon ABŞ dolları (27,5 % çox) və ABŞ 576,168 milyon ABŞ dolları (0,4 % az) dəyərində həyata keçirib.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 11,539 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,5 % azdır.
Ötən il Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,6 % artaraq 13,242 milyard ABŞ dollarına, dekabr ayında isə 14,1 % artaraq 1,109 milyard ABŞ dollarına çatıb.