AZ

"Şamaxı" "Sabah"la qarşılaşacaq

Təlim-məşq toplanışı məqsədi ilə yanvarın 4-də Bakıda bir araya gələn "Şamaxı" məşqlərini Mərdəkanda davam etdirir. 

Fanat.Az xəbər verir ki, Ayxan Abbasov bir həftəlik məşqlərin ardından yetirmələrini yoxlama görüşlərində sınaqdan keçirəcək.

Bölgə təmsilçisi hazırlıq zamanı 3 sınaq matçı keçirməyi planlaşdırır ki, iki rəqibin adı bəllidir. "Şamaxı" yanvarın 11-i “Sabah”la, 17-si isə U-21 ilə yoxlama qarşılaşacaq.

Qeyd edək ki, 16 turdan sonra aktivində 20 xal olan "Şamaxı" fasiləyə yeddinci pillədə yollanıb.

Seçilən
8
1
fanat.az

2Mənbələr