sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Məqsədimiz fasilədən sonra da liderliyi qorumaq saxlamaqdır. Lakin hələ heç nə həll olmayıb. Qarşıda çox oyunlarımız var. Çalışıb bütün matçlarda qələbə qazanmalıyıq". Bu sözləri Sport24.az-a açıqlanmasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Qəzənfər Abbasov deyib.Gənc mütəxəssis komandasının qış fasiləsində hazırlıq planları haqda danışıb:"Çempion olmaq üçün maksimum qələbələr qazanmalıyiq ki, hədəfə çata bilək. Qış fasiləsi üçün planlarımız tam olmasa da, müəyyən qədər bəllidir. Komanda yanvarın 15-dən sonra bir araya gələcəyik. Yanvar ayına 4 yoxlama oyunu nəzərdə tutmuşuq. Kollektivdən kimlərin gedəcəyi məlumdur. Danışıq apardığımız futbolçular var. Hələ ki, rəsmiləşməyib deyə, adlarını açıqlaya bilməyəcəm. Alınsa, yaxın zamanda müqavilə imzalayacayıq".Xatırladaq ki, Lökbatan klubu İkinci Liqada qış fasiləsinə 14 oyundan sonra 39 xalla birinci pillədə yollanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.