Aşıq Zülfiyyə Kövrək duyğusal açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi anası ilə bağlı xatirələrini bölüşərək, onun qoxusunu hələ də hiss etdiyini deyib. Zülfiyyə Kövrək bildirib ki, anasının istifadə etdiyi ətiri saxlayır və həmin qoxu ona böyük mənəvi təsir göstərir:
"Anamın qoxusunu onun ətirindən duyuram. İstifadə etdiyi ətiri saxlayıram. Kiçik bir şeydir, bahalı deyil, qiymətini də bilmirəm. Həmişə ona həmin ətri vururdum. Son vaxtlar yanımda olduğu üçün elə bilirəm qoxusu burnumdadır".
Aşıq qeyd edib ki, bu ətirdən özü istifadə etmir, sadəcə iyləməklə anasının varlığını hiss edir:
"O ətri özüm işlətmirəm. Hər dəfə gedib iyləyəndə elə bilirəm ki, anam buradadır".
Zülfiyyə Kövrəyin bu səmimi və kövrək açıqlaması sosial şəbəkələrdə də duyğulu reaksiyalarla qarşılanıb.
Musa
Milli.Az