AZ

Nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya Venesuelada keçirilən əməliyyatı Ukraynada həyata keçirə bilməz

Bizimyol saytına istinadən ain.az xəbər verir.

3 yanvar tarixində Venesuelanın paytaxtı Karakasda partlayışlar baş verib. ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən tutularaq ölkədən çıxarıldığını açıqlayıb. ABŞ hakimiyyəti Maduronu, narkoterrorizm törətmək üçün sui-qəsddə ittiham edib. Venesuelada fövqəladə vəziyyət elan edilib. Belə hadisələr tarixdə nadir halda baş verir. Bir ölkə başqa bir ölkənin prezidentini oğurlayıb, öz məhkəməsində mühakimə edəcək.

Rusiya da ABŞ kimi eyni əməliyyatı Ukraynada həyata keçirə bilərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat kimi əməliyyatın Rusiya tərəfindən Ukraynada keçirilməsi inandırıcı deyil, çünki Ukraynada hazırda müharibə gedir və Ukrayna xalqı demək olar ki, Zelenskinin müharibə ilə bağlı həyata keçirdiyi planı böyük ölçüdə dəstəkləyir.

Zeynal Əmrəliyev

Politoloqun fikrincə, Zelenskinin komandasında nə qədər müəyyən dərəcədə fikir ayrılıqları olsa da, ideoloji parçalanma hələ o səviyyəyə çatmayıb ki, faktiki olaraq müharibə gedən ölkənin rəhbərini Rusiyaya təhvil versinlər: “Bunu Amerika Birləşmiş Ştatları həyata keçirməz. Çox ciddi ictimai, beynəlxalq qınağa məruz qala bilər. İkinci bir tərəfdən, Rusiya bu cür əməliyyatı həyata keçirə bilməz. Çünki Rusiyanın Ukraynada elə güclü dəstəyi yoxdu. Söhbət Kiyevdən gedir. Məsələn; Krımda var idi, Krımı tez bir zamanda işğal etdilər. Ancaq digər bölgələrdə Rusiya Ukraynada bu dəstəyi təmin edə bilmir. Sosial dəstək olmadan hakim komanda daxilində, agentura şəbəkəsi formalaşdırmadan və beşinci kolonu həmin ölkədəki aktiv hala gətirmədən bu cür proseslər həyata keçirmək mümkün deyil.

Amerika Birləşmiş Ştatları Venesuelada bunu etdi və prezidenti bu şəkildə oğurlaya bildi. Amma bu da o demək deyil, hər ölkədə bu prosesi həyata keçirə bilər. Məsələn, Şimali Koreyada, mənim fikrimcə, bu əməliyyatı həyata keçirə bilməz. Eləcə də Rusiya, Ukrayna da bu əməliyyatı həyata keçirə bilməz. ABŞ həyata keçirsə belə, indiki mərhələdə çox ciddi qınağa məruz qala bilər”.

Zeynal Əmrəliyev qeyd edib ki, Venesuladaki hadisələrin bir çox ölkədə təkrarlana biləcəyi inandırıcı deyil.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
icma.az

1Mənbələr