AZ

Aİ Venesuelanın 2 müxalifətçinə dəstək verdi

Aİ Venesuelada müxalifət siyasətçiləri Edmundo Qonzales və Mariya Korina Maçadonun da daxil olduğu demokratik keçidi dəstəkləyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anitta Hipper bildirib.

"Milyonlarla venesuelalı dəyişikliyə səs verdi və bizdə olan məlumatlara görə, əhəmiyyətli əksəriyyət Edmundo Qonzalesi dəstəklədi. Ona görə də növbəti addım demokratik keçidlə bağlı dialoqdur, bu dialoq Edmundo Qonzales və Mariya Korina Maçadonu da əhatə etməlidir", - o, brifinqdə deyib.

Qonzales 2024-cü il seçkilərində müxalifətin birgə namizədi kimi prezident Nikolas Maduroya qarşı mübarizə aparıb. O, hazırda İspaniyadadır.

Maçado 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Venesuelalı müxalifətçi siyasətçidir.


Telegram kanalımız
Seçilən
54
yenisabah.az

1Mənbələr