ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 5-də saat 08:00 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 10-AA-635 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü manevr və zolaqdan istifadə qaydalarını pozub. Belə ki, “Azparking” üçün ayrılmış zolağa keçən sürücü qəfil “Changan” markalı avtomobilin yoluna çıxaraq ona həm əngəl törədib, həm də qəza riski yaradıb. Xoşbəxtlikdən “Changan” sürücüsü ehtiyatlı davranaraq baş verəcək təhlükənin qarşısını alıb.
Qeyd edək ki, “Azparking” zolaqları ümumi hərəkət üçün nəzərdə tutulmayıb və bu zolaqlardan istifadə ani manevrlərə, gözlənilməz toqquşmalara və tıxaclara səbəb olur. Sürücülər zolaq dəyişərkən yalnız yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməli, digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atmamalıdırlar.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.