Natan Ake A Seriyaya keçə bilər.
İdmanxeber.az xəbər verir ki, Niderland millisinin və “Mançester Siti”nin müdafiəçisi Natan Ake ilə “Milan” maraqlanır. 30 yaşlı futbolçu 2026-cı il dünya çempionatı ərəfəsində oyun praktikası üçün klubunu dəyişməyə açıqdır.
Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bu mövsüm liqada 10 oyunda forma geyinib.