AZ

Partiyalara ayrılan pullar bəlli oldu SİYAHI

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə bu il siyasi partiyalara ayrılan məbləğlər müəyyənləşib.

“Cebheinfo.az” xəbər verir ki, bu, 2026-ci ilin dövlət büdcəsində öz əksini tapıb.

Son seçkilərdə barajı keçən və parlamentdə təmsil olunan 5 partiyaya səs faizlərinə uyğun olaraq milyardlarla lirə maliyyə ayrılacaq.

Xəzinədən ən çox maliyyə yardımı parlamentdə üstünlüyə sahib olan hakim Ədalət və İnkişaf Partiyasına (AKP) ayrılacaq. Ümumilikdə isə partiyalara 5,6 milyard lirə ödəniləcək.

Beləliklə, 2026-ci ildə siyasi partiyalara ayrılan yardımların məbləği aşağıdakı kimidir:

• Ədalət və İnkişaf Partiyası (AKP) – 2.5 milyard lirə 

• Cümhuriyyət Xalq Partiyası (CHP) – 1,5 milyard lirə

• Milliyətçi Hərəkat Partiyası (MHP) – 600 milyon lirə

• İYİ Partiya – 550 milyon lirə

• Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) – 500 milyon lirə.

Elmir Mustafa

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr