AZ

AK Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünü tam dəstəkləyir

Avropa Komissiyası (AK) Danimarka və Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. 

HİT.az-ın məlumatına görə, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinho bildirib.

Pinho həmçinin qeyd edib ki, AK ABŞ-ın Qrenlandiya və Venesuela ilə bağlı hərəkətləri arasında müqayisə aparmaq üçün yer görmür.

Komissiya nümayəndəsi vurğulayıb ki, Qrenlandiyanın statusu ilə bağlı qərarı yalnız Qrenlandiyanın sakinləri verə bilər.

5 yanvarda ABŞ prezidenti Donald Tramp bildirib ki, müdafiə məqsədləri üçün AB Qrenlandiyanın ABŞ-a məxsusluğunu tələb edir. O, həmçinin Çin və Rusiya gəmilərinin artıq Danimarka adasını əhatə etdiyini qeyd edib.

Bir gün əvvəl Ağ Evin siyasət üzrə baş qərargah rəisinin müavini və ABŞ prezidentinin müşaviri Stiven Millerin həyat yoldaşı Keti Miller sosial mediada Qrenlandiyanın xəritəsini dərc edib və ölkəni Amerika bayrağının rənglərində təsvir edib. O, nəşrinə "tezliklə" sözü ilə yanaşı, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək planlarına işarə edib.

Samir

Seçilən
22
hit.az

1Mənbələr