AZ

Maduro və həyat yoldaşı helikopterlə məhkəmə binasına aparılıb

Maduro
Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə bilrikdə ABŞ-nin Manhetten məhkəmə binasına aparılıb.
1news.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Nyu-York küçələrində Maduronun gətirildiyi konvoya zirehli maşınlar və xüsusi qüvvələr müşayiət edirdi.
Əlləri və ayaqları bağlı vəziyyətdə olan Maduronun, zirehli yaşıl həbsxana maşınından endirilərək qara rəngli idman avtomobilinə köçürüldüyü görüldü. Maduronun avtomobil dəyişdirilməsi zamanı snayperlər və helikopterlər mümkün hücum ehtimalına qarşı hazır vəziyyətdə idi. Daha sonra Maduro idman avtomobilindən endirilərək helikopterə mindirildi. Onun həyat yoldaşı Siliya Flores isə ondan əvvəl nəqliyyat helikopterinə mindirilmişdi. Maduronun qara avtomobildən endiyi anda ayaqlarında zəncir olmadığı, lakin əllərinin qandallı olduğu müşahidə edildi.
Seçilən
76
1news.az

1Mənbələr