AZ

İran XİN: İran ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib – ÖZƏL

İran Silahlı Qüvvələri İsrail tərəfindən mümkün yeni hücum təhlükəsi fonunda yüksək hazırlıq vəziyyətinə keçirilib və təhlükəsizlik tədbirləri gücləndirilib. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyinin məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, psixoloji təzyiq qarşı tərəfin strategiyasının bir hissəsidir və bu, İran üçün yeni deyil: "Biz digər dövlətlərin addımlarını maksimum ayıqlıqla izləyirik. İran Silahlı Qüvvələri ölkənin suverenliyini heç bir zəiflik göstərmədən qorumağa tam hazırdır".

İsrailin baş naziri Benyamin Netanyahunun İranda etirazlara dəstək verdiyinə dair açıqlamalarını şərh edən Bəqai qeyd edib ki, İran xalqı bu cür "dəstəyi" ötən ilin yayında baş vermiş 12 günlük müharibə zamanı da görüb. O vurğulayıb ki, yüksək vəzifəli iranlı rəsmilərin və nüvə alimlərinin qətlə yetirilməsi, eləcə də sionist rejim və onun tərəfdaşları tərəfindən törədilən digər cinayətlər unudulmayacaq.

Bəqai, həmçinin İraqın Ayn əl-Əsəd hərbi bazasından ABŞ qoşunlarının çıxarılması ilə bağlı bəyanatına toxunaraq bildirib ki, bu proses Bağdad və Vaşinqton arasında razılaşmalar çərçivəsində həyata keçirilir və İrana qarşı mümkün təcavüzlə əlaqəsi yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr