AZ

Naxçıvanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 3 fevral 2026-cı il, saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 077-455-99-06, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 1 nömrəli(Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli(Tumbul kəndi - Əyləncə adası), 3 nömrəli (Olimpiya İdmanKompleksi) və 4 nömrəli (“Araz” İstehsalat Birliyi - Əliabadqəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 4 lotda fevralın17-də;

5 nömrəli (Elektrik yarımstansiyası - Xalçaçılıq fabriki), 6nömrəli (Babək şəhəri - Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi -“Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi - “Cahan”ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrəDövlət Xidməti - Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili avtobusmarşrutları üzrə 5 lotda fevralın 20-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Seçilən
79
8
az.trend.az

10Mənbələr