“Qalatasaray” Berkan Kutlu ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, İstanbul klubu 27 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib. Futbolçunun “Konyaspor”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Berkan Kutlu 2021-ci ildə 4 milyon avroya “Alanyaspor”dan transfer olunmuşdu. O, bu mövsüm 9 oyunda 1 məhsuldar ötürmə verib.