AZ

Tramp Maduronu oğurlamaqla beynəlxalq hüquqa tüpürüb Elçin Rüstəmli

ain.az bildirir, Gununsesi portalına istinadən.

ABŞ-yə qarşı əsas ittiham odur ki, Venesuela prezidentini oğurlamaqla beynəlxalq hüquqa tüpürüb. Haqlı ittihamdır, amma artıq dünya nizamı pozulub, BMT əhəmiyyətini itirib, böyük dövlətlər güc tətbiq etməklə öz maraqlarını həyata keçirirlər. Necə ki, Rusiya 4 ildir Ukraynada buna çalışır. Tramp açıq dedi ki, ən böyük güc bizdədir, istədiyimizi edəcəyik. Buna heç nə mane ola bilməz. O, ilk hədəfləri də göstərib: Qrelandiya, Latın Amerikası ölkələri, ola bilsin İran…

Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Elçin Rüstəmli deyib.

O, həmçinin bildirib ki, Maduronun evindən oğurlanaraq ABŞ-yə aparılması Venesuela xalqının ləyaqətinin tapdalanması kimi şərh edilir.

“Haqlı ittihamdır, bir ölkənin başçını o cür həbs etmək nonsesdir, amma Maduro rejimi də çoxdan vensuelalıların ləyaqətini ayağının altına alıb onları öz vətənlərində köləyə çevirmişdi. Maduro və həyat yoldaşının hakimiyyətdən devrilməsi Venesuelaya demokratiya gətirəcəkmi? İnandırıcı deyil, çünki uzun illərin diktaturası cəmiyyəti pis günə qoyub, ikincisi, Trampa o ölkədə demokratiya yox, ona tabe olan rejim lazımdır. Ki, nefti və digər sərvətləri əlində cəmləşdirib bundan Rusiya və Çinə qarşı istifadə eləsin. Bunun üçün ehtiyac olan rejimi özləri dizayn edəcəklər. Üçüncüsü və ən əsası, dünya nizamının çökməsi və güclü dövlətlərin hərbi güc yolu ilə maraqlarını həyata keçirməsi kiçik ölkələr üçün nə vəd edir? Çox böyük çətinliklər vəd edir. Xüsusi ilə Rusiya və Çinin maraq dairəsi elan etdiyi bölgələrdə yerləşən ölkələrə xarici təhdidlər artacaq. Cənubi Qafqaz üçün də risqlər mövcuddur, hələlik sığortalayacı bir neçə amil var: Rusiyanın Ukraynada hədsiz güc itirməsi; ABŞ-nin neftin qiymətini “öldürmək siyasəti” Postovet ölkələrinin özünümüdafiə imkanlarının artması Avropa və ABŞ ilə bu bölgələrə nəzarət uğurunda rəqabətin davam etməsi. Azərbaycan üçün Türkiyə ilə strateji müttəfiqlik münasibətlərini də bu amillər sırasına qeyd etmək lazımdır. Xarici təhlükələrə qarşı ən yaxşı müdafiə daxildə güclü həmrəylik, vətəndaş-dövlət münasibətlərinin yüksək səviyyədə olmasıdır. 30 milyonluq Venesuelanın prezidentini 3 saatlıq əməliyyatla ona görə oğurlaya bildilər ki, orada dövlət sistemi çökmüşdü, uzun illərdir, hakim rejim xalqla müharibə aparırdı. Beləliklə, yeni dünyaya hazır olmaq lazımdır, indi müstəqilliyi və suverenliyi qorumaq daxildə birləşməkdən və səfərbər olmaqdan keçir”.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
icma.az

1Mənbələr