Ayna saytına istinadən ain.az xəbər verir.
“Mən senator Lindsi Qremlə sanksiyalardan başqa heç nə barədə danışmamışam”
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ehtimalını müzakirə etdiyini açıqlayıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, Tramp məsələnin gündəmdə olduğunu deyib.
"Biz bunu daim müzakirə edirik. Mən senator Lindsi Qremlə sanksiyalardan başqa heç nə barədə danışmamışam. Mən onu çox maraqlı həmsöhbət hesab etmirəm, yalnız qanunvericilikdən danışırıq", - ABŞ lideri qeyd edib.
Tramp Konqres üzvləri ilə çoxsaylı qanun layihələrini müzakirə etdiyini təsdiqləyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.