Bakı. Trend:
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidəolunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobilyollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağıehtimalı var.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağıgözlənilir.