AZ

Azərbaycan klubu Venesuela millisinin voleybolçusunu transfer edib

Bakı, 5 yanvar, AZƏRTAC

Kişilər voleybolçulardan ibarət “Xilasedici” komandası heyətinə yeni oyunçu cəlb edib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Venesuela millisinin üzvü Joze Karrasko transfer olunub.

Voleybolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, daha əvvəl Portuqaliyanın “Sportinq”, Serbiyanın “Srvena Zvezda” klublarının formasını geyinib.

Ötən mövsümün bürünc mükafatçısı olan “Xilasedici” bu il Azərbaycanı Çelenc Kubokunda təmsil edir.

 

Seçilən
74
azertag.az

1Mənbələr