AZ

"Şahdağ Qusar"ın vidalaşacağı futbolçular bilindi - İki legioner transfer olunacaq

Qış təlim-məşq toplanışına sabah start verəcək I Liqa təmsilçisi "Şahdağ Qusar" heyətinə əl gəzdirməyə hazırlaşır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, debütant 2 oyunçusu ilə yollarını ayırmağı qərara alıb. 

Söhbət yarımmüdafiəçilər Maqsud Ələkbərovla Polad İbrahimovdan gedir. Mövsümün ilk yarısında iki matça çıxdıqdan sonra zədələnən, daha sonra gününü əsasən ehtiyat oyunçular skamyasında keçirən 28 yaşlı Ələkbərovla az şans qazanmasından narazı qalan 20 yaşlı İbrahimovun müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

"Şahdağ Qusar" yarımmüdafiəçiləri hücumçularla əvəz edəcək. Belə ki, əldə etdiyimiz məlumata görə, Şimal təmsilçisi ön xəttə 2 legioner cəlb etməyə hazırlaşır. Klub rəhbərliyi hazırda namizədləri dəyərləndirir. 

Qeyd edək ki, "Şahdağ Qusar" 12 turda 12 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Şimallılar ən yaxın izləyicisindən cəmi 3 xal irəlidədir.

Mirağa  

Seçilən
13
1
fanat.az

2Mənbələr