ABŞ-ın vitse-prezidenti JD Vensin Ohayo ştatındakı evində cinayət hadisəsi baş verib və bir nəfər saxlanılıb.
Turkustan.az xəbər verir ki, CNN-in təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, Vensin Ohayo ştatındakı evində cinayət hadisəsi baş verib.
Təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəlməsindən sonra bir nəfər saxlanılıb.
Bildirilib ki, sözügedən şəxs evə girməyib və Vance ailəsi də hadisə zamanı evdə olmayıb.
Hakimiyyət orqanları həbs olunan şəxsin Vance ailəsini hədəf alıb-almadığını araşdırır.
Bu arada, yerli medianın verdiyi xəbərlərə görə, evin pəncərələri sınıb, lakin hadisənin mahiyyəti ilə bağlı təfərrüatlar hələlik dəqiq deyil.
Aytən Yaşar/ Turkustan.az