AZ

Prezident İlham Əliyev döyüş meydanında qazanılan Qələbəni diplomatiya masasında qəbul etdirdi - ŞƏRH

Bakı, 5 yanvar, AZƏRTAC

Çox müharibələr görmüşük, döyüş meydanında qazanılıb, amma diplomatiya masasında məğlubiyyətlə bitib. Əsl qələbə əsgərin zəfəri ilə diplomatların uğurunun birləşməsidir. Başqa ölkələrdən misallar çəkməyəcəm. Birinci və ikinci Qarabağ müharibələri üzərindən fikirimi əsaslandırmağa çalışacam. Təqribən 30 il əvvələ gedək. Ermənistan Qarabağ və ətraf rayonları işğal etdikdən sonra Azərbaycanla atəşkəsə imza atdı. Bu müqavilədən sonra özünü qalib elan edən Ermənistan rəhbərləri diplomatiya masasında əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyevlə mübarizəyə başladı və hər iki lider qarşısında masadan məğlub ayrıldılar. Bəli, məğlub ayrıldılar, çünki “qələbələrini” qəbul etdirə bilmədilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.

“Onların yaratdığı “reallığı” nə Azərbaycan, nə də dünya qəbul etdi. Baxmayaraq ki, rəsmi Bakıya ciddi beynəlxalq təzyiqlər var idi. Nə qədər absurd olsa da işğalçı yox, işğala məruz qalan Azərbaycan təzyiqlərə məruz qalmışdı. Bu mübarizə Azərbaycanın yeni reallıqlar yaratdığı 2020-ci ilə kimi davam etdi. 44 günlük Vətən müharibəsi və ardından birgünlük antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu”, - deyə müsahibimiz qeyd edib.

O vurğulayıb ki, bu dəfə Prezident İlham Əliyev 30 il əvvəl erməni liderlərin bacara bilmədiyini bacardı. Döyüş meydanında qazanılan Qələbəni diplomatiya masasında qəbul etdirdi: “Azərbaycan diplomatiyası onsuz da heç bir ölkənin Qarabağı Ermənistan ərazisi kimi tanımasına imkan verməmişdi. Amma bütün dünya liderləri Azərbaycanın Qələbəsindən sonra Prezident İlham Əliyevə təbrik məktubları göndərdilər. Qəribəsi o idi ki, hətta Ermənistan Azərbaycanın Qələbəsini bəzi ölkələrdən tez tanıdı. İndi Nikol Paşinyan da “Qarabağ Azərbaycandır!” deyir. Ötən il Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar Azərbaycan dilomatiyasının ən böyük uğurlarından idi. Bəli, Azərbaycan öz Qələbəsini bütün dünyaya qəbul etdirə bildi. Prezident İlham Əliyevin strateji planlama, səbr və vaxtında qərarvermə qabiliyyəti sayəsində”.

Seçilən
91
azertag.az

1Mənbələr