ABŞ Prezidenti Donald Trampın Venesuelaya yönəlmiş hərbi müdaxilədən sonra ölkənin neft sənayesinə daxil olacaqlarını açıqlamasının ardından ABŞ-ın neft şirkətlərinin səhmləri yüksəlib.
Marja xəbər verir ki, bazar açılışından əvvəlki əməliyyatlarda ABŞ-ın neft şirkəti Chevron Corp-un səhmlərində artım 10 faizə çatıb, ConocoPhillips səhmlərindəki yüksəliş isə 9 faizə yaxın olub.
Səhmlərdəki dəyər artımı Exxon Mobil Corp-da 3,4 faiz təşkil edib.
ABŞ Prezidenti Tramp Venesuelaya edilən hücumlardan sonra dünyanın ən böyük neft ehtiyatlarına sahib olan ölkənin neft sənayesinə “çox güclü şəkildə” daxil olacaqlarını bəyan etmişdi.
Tramp, “ABŞ-nin nəhəng neft şirkətlərini (Venesuelada) prosesə cəlb edəcəyik, onlar milyardlarla dollar xərcləyərək neft infrastrukturunu bərpa edəcək və ölkə üçün gəlir əldə etməyə başlayacaqlar”, – deyə bildirib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da