AZ

ABŞ Rusiyanın və Çinin Qərb yarımkürəsində mövqelərini zəiflədib

Venesuelada Nicolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də geosiyasi dəyişikliklərə səbəb olub.

Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında bildirib ki, bu hadisə xüsusilə Rusiya və Çin üçün ciddi zərbədir.

Cəfərlinin sözlərinə görə, uzun müddət Rusiyanın Venesuelaya verdiyi kreditlər və hərbi dəstək artıq itirilmişdir. Çin də eyni zamanda ölkənin neft sektorunda strateji mövqeyini itirib.

“ABŞ öz son milli inkişaf strategiyasında Qərb yarımkürəsində dominantlığını yenidən bərpa etməyə çalışdığını açıqlayıb. Maduronun devrilməsi bu baxımdan həm Rusiyanın, həm də Çinin mövqelərinə ağır zərbədir. ABŞ rəqiblərini bu regiondan uzaqlaşdıraraq təsirini gücləndirib,” — deyə politoloq bildirib.

Cəfərli əlavə edib ki, ABŞ-ın bu əməliyyatı yalnız Venesuelada deyil, həm də Ukrayna məsələsində beynəlxalq güc balansına təsir göstərir. Son həftələrdə Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı fikir ayrılığı müşahidə olunsa da, ABŞ və Ukrayna arasında razılığa gəlinməsi bu prosesin bir hissəsi kimi qiymətləndirilir.

“Bəzi fikir və iddialar var ki, bu əməliyyat ABŞ-ın Ukraynadakı fəaliyyətinə legitimlik qazandırmaq və ya Rusiyanın mövqeyini balanslaşdırmaq üçündür. Amma əslində, bu, birinci növbədə Rusiyanın regiondakı mövqeyinə zərbədir,” — deyə Cəfərli vurğulayıb.

Seçilən
29
news365.az

1Mənbələr