AZ

Adil Qeybulladan üzr istəmək tələb olunur...


Tibb elmləri doktoru, professor Adil Qeybulla Facebook sosial şəbəkə hesabında status yazaraq öz adının çapa hazırlanan “Şəki ensiklopediyası”ndan çıxarılmasını tələb edib.

A.Qeybullanın tələbinə “Şəki Ensiklopediyası” saytının, “Şəki Ensiklopediyası” MMC-nin və eyniadlı media subyektinin təsisçisi Aydın Məmmədov reaksiya verib. A.Məmmədovun yaydığı bəyanata A.Qeybulladan üzr istəməyi tələb edib, professor üzr istəməyəcəyi təqdirdə onu məhkəmə ilə hədələyib.

“Biz Baş Prokurorluğa, məhkəməyə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq... “Şəki Ensiklopediyası” rəhbərliyindən, “Şəki Ensiklopediyası”nın oxucularndan, bütün şəkililərdən üzr istəməlidir”-deyə bəyanatda qeyd olunur.

Leyla QARAXANLI

Seçilən
22
baki-xeber.com

1Mənbələr