Bakı. Trend:
İsveçrənin Federal Şurası (hökuməti-red.) Venesuela prezidentiNikolas Maduronun və onun ən yaxın ətrafına daxil olan şəxslərinbütün aktivlərini dondurub.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin rəsmibəyanatında deyilir.
“2026-cı il yanvarın 5-də Federal Şura dərhal qüvvəyə minməkləİsveçrədə yerləşən Nikolas Maduronun və onun yaxın ətrafına aidşəxslərin bütün aktivlərinin bloklanması barədə qərar qəbul edib”,-bəyanatda qeyd olunur.
Qeyd edək ki, yanvarın 3-də ABŞ prezidenti Donald TrampVenesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaqölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onunlideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücumhəyata keçirib:
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icraolunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuatkonfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçüntəşəkkür edirəm!"